“Bir görəydim ayrılığı kim saldı?” - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

Qonaq Prezident forumda Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir neçə misra səsləndirib.

Pezeşkianın Məhəmmədhüseyn Şəhriyarın vətən həsrəti ilə yazdığı poemadan məhz "Bir görəydim ayrılığı kim saldı?" misrasını səsləndirməsi də salonda alqışla qarşılanıb.

Həmin anın videosunu təqdim edirik:
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31