Prezident İlham Əliyev: Biz İran şirkətlərini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edirik

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.

"Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir", - dövlətimizin başçısı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31