Azərbaycan və Çin Orta Dəhliz çərçivəsində əməkdaşlığı fəal şəkildə möhkəmləndirir - Səfir

Azərbaycan və Çin "Bir kəmər, bir yol" təşəbbüsü və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər.

Bunu bu gün Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Çin Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünün məqsədləri Böyük İpək Yolunun ruhunu qoruyub saxlamaq, əməkdaşlıq üçün açıq platforma yaratmaq və müxtəlif ölkələrin inkişafına yeni təkan vermək məqsədi daşıyır.

Onun sözlərinə görə, Çin nəqliyyat dəhlizlərinin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyük əhəmiyyət verir və bu, Azərbaycanın öz tranzit potensialını açmaq strategiyasına tam uyğundur.

"Çin gömrük prosedurlarının asanlaşdırılmasının səviyyəsini və yük daşımalarının səmərəliliyini davamlı şəkildə artırmaq üçün Azərbaycan və marşrut üzrə digər ölkələrlə əməkdaşlığa hazırdır və Xəzər dənizi vasitəsilə Çin ilə Avropa arasında təhlükəsiz və sabit nəqliyyat xəttinin birgə qurulmasına hazırdır", - Lu Mey vurğulayıb.

O, həmçinin əlavə edib ki, 2024-cü ildə bu marşrut üzrə daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb: 369 qatar göndərilib ki, bu da əvvəlki ildən 36 dəfə çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31