Çin Azərbaycanla ŞƏT çərçivəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Səfir
16:37 SiyasətÇin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu bu gün Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirdiyi brifinqdə deyib.
O, çıxışında Çinin Azərbaycanın ŞƏT-in fəaliyyətində iştirakını yüksək qiymətləndirdiyini vurğulayıb.
Onun sözlərinə görə, Çin Azərbaycanın təşkilat çərçivəsində təşəbbüslərini dəstəkləyir və onun hüquqi statusunu möhkəmləndirməyə və beynəlxalq təsirini genişləndirməyə kömək edəcək.
"Biz ticarət, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək üçün ŞƏT platformasından istifadə etməyə hazırıq", - Lu Mey qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31