Azərbaycan və İran arasında strateji proqram hazırlanacaq - Pezeşkian

Azərbaycan və İran arasında strateji proqram hazırlanacaq, bununla əlaqədar aidiyyəti üzrə nazirlərə göstəriş verilib.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

"Bu gün Azərbaycan və İran arasında strateji proqramın hazırlanması ilə əlaqədar qərar verilib. Müəyyən bir zaman çərçivəsində bu proqramın hazırlanması aidiyyəti üzrə nazirlərə tapşırılıb", - o bildirib.

Onun sözlərinə görə, bu proses davam etdiriləcək.

"Çalışacağıq ki, bütün sahələrdə, sənaye, elm, mədəniyyət, iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığımız olsun" - deyə M.Pezeşkian əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31