Ərdoğan Azərbaycana səfər edəcək
10:58 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Azərbaycana səfər Rəcəb Tayyib Ərdoğanın may üçün səfər proqramında yer alıb.
Bildirilib ki, Ərdoğan İtaliyaya da səfər edəcək. Türkiyə prezidenti IV Hökumətlərarası Zirvə Görüşündə iştirak edəcək.
Qeyd edək ki, Türkiyə Prezidentinin Azərbaycana sonuncu səfəri noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31