Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər
13:57 SiyasətAvropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər.
Bunu bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bu tərəfdaşlıq qarşılıqlı hörmət, o cümlədən Aİ-yə üzv dövlətlərə hörmət, habelə qanunun aliliyi və insan hüquqları kimi fundamental prinsiplər üzərində qurulmalıdır", - o bildirib.
Xəbər yenilənəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31