Ana dili hər bir xalqın milli kimliyinin daşıyıcısıdır- ÖZƏL

"XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun gücləndirilməsi və ədəbi-bədii irsimizin müdafiəsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət cəmiyyətimizdə milli ruhun oyanışına təkan vermişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Ulu Öndər Heydər Əliyev gələcək müstəqil Azərbaycanın təməlini təşkil edəcək sosial-iqtisadi əsasları, infrastruktur bazasını və milli kadr potensialını formalaşdırmaqla yanaşı, milli dövlətçilik düşüncəsini də aşılamışdır. Beləliklə, hər bir vətəndaş özünü Vətən qarşısında məsuliyyət daşıyan fərd kimi dərk etməyə başlamışdır.

Bu prosesin mühüm istiqamətlərindən biri də Azərbaycan dilinə göstərilən xüsusi diqqət olmuşdur. Çünki ana dili hər bir xalqın varlığının başlıca ifadəsi, onun milli kimliyinin daşıyıcısıdır. Xalqın keçdiyi tarixi yol, onun mənəvi-mədəni səviyyəsi ilk növbədə onun dilində əks olunur. Dilini itirən xalq, tarixdən silinməyə məhkumdur. Azərbaycan dili xalqımızın milli sərvətidir və bu dəyərin qorunması hər birimizin mənəvi borcudur. Bu gün dilimizin inkişaf səviyyəsi xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bir daha sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31