1995-ci il konstitusiyası müstəqil Azərbaycanın hüquqi sisteminin əsasını qoydu- ÖZƏL

"Konstitusiya dövlətin hüquqi dayağı, suverenliyin təminatıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan 1995-ci il konstitusiyası müstəqil Azərbaycanın hüquqi sisteminin əsasını qoydu". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Bu sənəd xalqın iradəsini ifadə edərək insan hüquq və azadlıqlarını təmin etdi. Hüquqi sabitlik və dövlətçilik ənənələri məhz bu bünövrə üzərində formalaşdı. Prezident İlham Əliyev bu hüquqi irsi davam etdirərək müasir dövrdə Azərbaycanın suverenliyini qoruyan, ərazi bütövlüyünü təmin edən islahatlara imza atdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31