Azərbaycan tarixi qələbə ilə  suveren hüquqlarını bərpa etdi- ÖZƏL

"Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsinə söykənərək hüquqi dövlət quruculuğunun əsasını təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Təftiş Komissiyasının sədr müavini Nizami Səfərov deyib: " Ulu Öndər Heydər Əliyev konstitusiyanın qəbulunu xalqın suverenliyinin təminatı kimi dəyərləndirirdi. Bu hüquqi sənəd müstəqilliyin möhkəmləndirilməsi və hüquqi sabitliyin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi və institusional islahatlar konstitusiyanın real həyatla uzlaşmasını təmin edir. Ərazi bütövlüyümüz uğrunda aparılan mübarizənin hüquqi təməli də məhz bu Konstitusiyada öz əksini tapmışdır. Əldə etdiyimiz tarixi qələbələr ilə Azərbaycan suveren hüquqlarını bərpa etdi. Bu gün Qarabağda bərpa-quruculuq işləri və reinteqrasiya prosesi hüquqi əsaslarla həyata keçirilir. Hüquqi sabitlik və qanunun aliliyi ölkəmizin davamlı inkişafını və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31