Azərbaycan beynəlxalq layihələrin əsas iştirakçısına çevrilib- ÖZƏL
25 Aprel 12:21 Siyasət"Qlobal müstəvidə iqtisadi və siyasi baxımdan öz yüksək mövqeyini qəbul etdirən Azərbaycan bu gün tək regional deyil, həm də beynəlxalq layihələrin əsas iştirakçısına çevrilib. Avropanın əsas enerji təçhizatçısı olan ölkəmiz dünya iqtisadiyyatının güc mərkəzlərindən biri olan Çinin də əsas tərəfdaşlarındandır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Son illər Azərbaycanla Çin arasında həm diplomatik həm digər sahələrdə münasibətlər sürətlə inkişaf edir. Prezidentin Çinə son səfəri, yüksək səviyyəli görüşlər, bağlanmış müqavilələr bu inkişafın göstəricisidir. Azərbaycanla ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini və əməkdaşlığın dərinləşməsinin rəsmi təsdiqi oldu. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından son dərəcə əhəmiyyətli hadisə kimi Azərbaycanın qlobal iqtisadiyyatda strateji əhəmiyyətinin, beynəlxalq proseslərdə artan rolununun təsdiqi kimi tarixə qovuşdu".