Viktor Orban: “Avropa sülh yoluna dönəcək, bu sadəcə zaman məsələsidir”- ÖZƏL 

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının (Aİ) mövqeyini tənqid edib və yaxın gələcəkdə sülh yoluna qayıdacaqlarına inandığını bildirib. Olaylar.az xəbər verir ki, o, bu fikirləri Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib.
Orbanın sözlərinə görə, Aİ-də hələ də "hərbi psixoz" hökm sürür və bu, münaqişənin davam etməsinə səbəb olur. "Avropada hərbi psixozun sona çatdırılması pis olmazdı. ABŞ-ın sülh təşəbbüslərinə baxmayaraq, bu psixoz davam edir", - deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, ABŞ-ın dəstəyi olmadan Ukraynanın indiki mövqelərini qoruyub saxlaması, nəinki ərazilərini bərpa etməsi belə mümkün deyil. O, Avropa liderlərinin bu reallığı tezliklə anlayacağına ümid etdiyini bildirib.
Orban həmçinin qeyd edib ki, Aİ ölkələrinin əksəriyyəti - Macarıstan və Slovakiya istisna olmaqla - Kiyevə hərbi yardımın davam etdirilməsinin tərəfdarıdır. "Brüsseldə hərbi psixoz o qədər güclüdür ki, artıq ABŞ-i dəstəkləmək istəmirlər, əvəzində müstəqil Avropa hərbi strategiyası qurmağa çalışırlar. Məncə, bu, ümidsizdir. Bu, sadəcə zaman məsələsidir ki, həmin ölkələr Amerika, Slovakiya, Macarıstan və Vatikanın olduğu sülh yoluna dönəcəklər", - deyə Orban əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31