Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Bu sənəd 2024-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin məntiqi davamı olmaqla yanaşı, münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Bəyanatda qeyd edilir ki, Azərbaycan və Çin dövlət başçıları diplomatik münasibətlərin qurulmasından keçən 33 il ərzində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi, qarşılıqlı dəstəyin gücləndirilməsi və xalqların rifahı naminə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldilər. Hər iki tərəf bir-birini etibarlı və prioritet tərəfdaş kimi qiymətləndirir və milli maraqların qorunması istiqamətində bir-birinə qətiyyətli dəstək verir.
Azərbaycan tərəfi "Vahid Çin" siyasətini birmənalı şəkildə dəstəkləyir. Öz növbəsində, Çin də Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunların qeyri-məhsuldar olduğunu bəyan edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31