Azərbaycanın xarici siyasət kursu hər zaman milli maraqlara söykənib- ÖZƏL
10:29 Siyasət"Azərbaycanın yürütdüyü xarici siyasət kursu hər zaman milli maraqlar, balanslaşdırılmış yanaşma və suverenlik prinsipinə əsaslanır". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmadan, bütün tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq aparmaq prinsipinə sadiqdir. Çinlə münasibətlər də bu prinsipin parlaq nümunəsidir. Siyasi müstəvidə qarşılıqlı dəstək - xüsusilə "Vahid Çin" siyasətinə Azərbaycanın dəyişməz dəstəyi və əvəzində Çinin də Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməsi - bu etimadın əsasını təşkil edir. Bu baxımdan Çinlə münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi sabitlik, beynəlxalq hüquq və multilateralizm prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinə çevrilməkdədir. Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi
müsahibəsi bu tendensiyanın təsdiqi oldu".