Azərbaycan–Orta Asiya əlaqələri: Qapılar Avropaya açılır– ÖZƏL

"Azərbaycan son illər Orta Asiya ilə əlaqələrini genişləndirməkdədir. Bu proses kifayət qədər intensiv və uğurlu davam edir". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Məhz Azərbaycanın da sədrlik etdiyi dönəmdə bu formatın ciddi şəkildə öz fəaliyyətini canlandırdığını qeyd etmək olar. Azərbaycanın Orta Asiya ilə olan münasibətlərinin bundan sonrakı inkişafı da bu ölkələrin Azərbaycan üzərindən dünyaya, Qərbə, Avropaya açılmasına gətirib çıxaracaq. Bu əməkdaşlıq bütün regionun, həm  Orta Asiya, həm də Güney Qafqaz bölgəsinin əlaqələrinin güclənməsinə və bütün tərəflərin bu prosesdən faydalanmasına gətirib çıxaracaq ki, bu da qeyd olunacaq xüsusi haldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31