Azərbaycan-Çin əlaqələri artan dinamika üzrə inkişaf etməkdədir- ÖZƏL

"Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Şərq-Qərb qarşılıqlı əlaqələrində bağlayıcı həlqə kimi mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə hərətərəfli əlaqələr qurub və bu əlaqələr daim artan dinamika üzrə inkişaf etməkdədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Qarşılıqlı inam, hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı dəstək kimi ikitərəfli münasibətlər əsasında qurulan bu tərəfdaşlıq hər iki ölkənin strateji maraqlarına uyğundur. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində bildirib. Dövlət başçısı Çin Xalq Respublikasının Sinxua agentliyinə müsahibəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək bildirib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər. Azərbaycan liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31