Naxçıvanla Urumçinin qardaşlaşması çoxlarını narahat edəcək- ÖZƏL

"Ermənistana casus missiyası yerləşdirənlər, Səmərqənddə Mərkəzi Asiya dövlətlərinin başçılarıyla keçirilən görüşdə orta dəhlizi "qlobal qapı" adlandırıb onun da açarını haylara vermək niyyətlərini açıqlayanlar yəqin  Gürcüstan Prezidenti cənab Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Bakıya etməsi və Tiflisdə regionun 3 ölkəsinin  xarici işlər nazirləri müavinlərinin bir araya gəlmələrinin ardından Azərbaycanla Çin arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatla tanış olublar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib: "Əminəm ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen həmən Bəyanatda Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün  Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyamızla  uyğunlaşdırılmasının möhkəmləndirilməsi maddəsinin yer almasının və Naxçıvanla Urumçinin qardaşlaşdıqlarının nə anlam daşıdığını bilməmiş deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31