Azərbaycan qlobal səviyyədə söz sahibi olmağa davam edir- ÖZƏL

"Pekin səmasında "Ey Vətən" marşımızın sədaları altında Müzəffər İlham Əliyevin qarşılanması, sadəcə diplomatik mərasim deyildi - bu, hər birimizin qürurla izlədiyi Azərbaycanın dünyada artan nüfuzunun, dövlətimizin güc və qüdrətinin rəmzi idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalandı. 20-dən çox sahəni əhatə edən bu sənədlər - yaşıl enerji, rəqəmsal iqtisadiyyat və nəqliyyatdan tutmuş, "Bir kəmər, bir yol" və Zəngəzur dəhlizinə qədər - ölkəmizi beynəlxalq ticarət və geopolitik güc mərkəzi rolunu daha da gücləndirdi.
Bu əməkdaşlıq yalnız bugünün deyil, gələcəyə, gələcək nəsillərin rifahına hesablanmış strateji addım idi. Azərbaycan qlobal səviyyədə söz sahibi olmağa davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31