Əminəm ki, qazandığınız təcrübə sizi uğurla irəli aparacaq- OLAYLAR-30
24 Aprel 2025 12:34 SiyasətKazım Kazımov,
politoloq
"Olaylar" informasiya agentliyi və eyniadlı qəzetin rəhbərliyinə və bütün yaradıcı kollektivinə
Sizi Azərbaycanın müasir mediasında özünəməxsus yolu və dəst-xətti ilə seçilən "Olaylar" informasiya agentliyinin və qəzetinin 30 illik yubileyi münasibətilə sidq ürəkdən təbrik edirəm!
Bu illər ərzində "Olaylar" obyektivlik, operativlik və peşəkar yanaşma prinsiplərinə sadiq qalaraq geniş oxucu auditoriyasının etimadını qazanıb. Müasir media standartlarına cavab verən, cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərinə yer verən bir informasiya platforması olaraq, həm xəbərin yayımında, həm də ictimai rəyin formalaşdırılmasında mühüm rol oynamısınız.
30 illik uğurlu fəaliyyətiniz sizin peşəkarlığınızın, prinsipial mövqeyinizin və məsuliyyətli yanaşmanızın göstəricisidir. Əminəm ki, qazandığınız təcrübə və etimad sizi gələcəkdə də uğurla irəli aparacaq, Azərbaycanın media mühitinə yeni töhfələr verəcəksiniz.
Bütün kollektivinizə möhkəm can sağlığı, yaradıcılıq uğurları və daim öncül mövqedə olmağınızı arzulayıram!