Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
23 Aprel 18:57 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Əliməmməd Nuriyevin Trend-ə verdiyi məlumata görə, bu gün komissiyanın bu il üçün 6-cı iclası baş tutub.
Onun məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılıb.
Bildirilib ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Qeyd edək ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə altı iclası olub və 600-dən çox müraciətə baxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31