Problemlərimizə baxış bucağı fərqli olmalıdır- ÖZƏL
23 Aprel 2025 15:14 SiyasətOturaraq giley etmək heç bir problemi həll etməz
"İnsan həyatı başdan-başa problemlərlə doludur. Çətinliyi olmayan insan bu ölkədə demək olar ki, yoxdur. Çətinliyin böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, çətinlikləri aradan qaldırmağın tək yolu insanın əzmi, iradəsi və onun mübarizəsidir. Mubarizə isulu isə fərqli olur. Çətinliklərin qarşısında, onun həllində insanın reaksiyaları fərqli, bədbinləşmək, özünə qapanma, boş şeylərdi, "ah- uf" deməklə olur. Bəziləri problemlərinin neçə həll olunmasını bildiyi halda və onun həllinə çalışmalı olduğu halda, ancaq boş danışmaqla, ümüdünü üzməklə, problemi daha da çətinləşdirir. Bu cür insanlar təklikdə qalmağı daha üstün tutur, dodağının altında öz -özünə danışar, öz-özünə şikayətlənər. Məntiqə əsaslanan insan isə dərk edir ki, qarşıya cıxan problemin həlli mübariz olub, onun həlli üçün səbrlə çalışmaqdan keçir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Problemə qapanmaqdansa, problemi, çətinliyi həll etmək üçün yardımçı insanlara əl uzatmaq, ən azı başqalarını köməyə çağırmaq lazımdır. Ağıllı insanlar başlarını aşağı salıb, başqalarının köməyinə arxalanaraq problemlərinin həlli ilə məşğul olub, onun həllinə nail olar.
İnsan başa düşməlidir ki, oturaraq giley etmək heç bir problemi həll etməz. Təəssüf ki, əksəriyyət çətinlik və problemləri gördüyü halda, başlayır kimlərisə ittiam etməyə. Amma başa düşmək lazımdır ki, əsl günahkar özümüzük. Problemlərimizə, çətinliklərimizə baxış bucağı vərqli olmalıdır. Mübariz insan haqsızlıqla vuruşar, haqsızlığa müqavimət göstərər, haqsızlığı lənətləyib, onu ittiham edər. Yaxşı olar ki, priblemlərin həlli üçün düzgün yol tapmaq, problemin tanınması üçün birlik yaradıb, ən düzgün leğitim qərarlarla onun həllinə nail olaq. Qarşımıza çıxan divarı tanımadan onu dağıtmağın çətinliyini başa düşmək lazımdır. Əgər divar sizin gücünüzün fovqündə olan möhkəmlikdə tikilibsə, ona boşuna güc vurmaq faydasızdır. Yaxşı olar ki, başqa yol axtarışına çıxasan. Əgər problemin həlli üçün günahkarı görüb bildiyi halda, günahkar axtarmaqdansa, problemi aşmağın yolları baradə düşünsə tezliklə uğur qazanar".