Pezeşkianın Azərbaycana səfərində əməkdaşlıq sahəsində yeni səhifənin açılacağına ümid edilir – Mehdi Sənayi

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində bütün sahələr, o cümlədən ticarət və sərhəd vilayətlər üzrə əməkdaşlığın inkişafında yeni səhifənin açılacağına ümid edilir.

Bunu İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfəri çərçivəsində bir çox proqramlar nəzərdə tutulub: "İki qardaş ölkə arasında tarixi bağlar mövcuddur".

M.Sənayi İran prezidentinin Azərbaycana 28 apreldə səfər edəcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31