Ukrayna ərazilərdən müvəqqəti imtina edib, gələcəkdə geri almağı planlaşdırır–ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya deputatı Anatoli Vasserman bildirib ki, Ukrayna müvəqqəti olaraq Rusiyanın nəzarətində olan ərazilərdən imtina etməyə razı olsa da, gələcəkdə NATO-nun yardımı ilə onları geri almağı planlaşdırır. O, Kiyev rejiminin Rusiyadan qisas almağa çalışacağını deyib və yeganə həll yolunun Ukraynanın ləğvi və Rusiyaya birləşdirilməsi olduğunu vurğulayıb. ABŞ isə təklif edir ki, Rusiya yeni əraziləri saxlasın, sanksiyalar ləğv olunsun və Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdən çıxarılsın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31