Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir - Birgə Bəyanat

Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.

Bu barədə aprelin 23-də Pekində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da deyilir. Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıblar.

"Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan "ŞƏT-in Dayanıqlı İnkişaf İli" tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir", - deyə Birgə Bəyanatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31