MCP siyasi mübarizədə etikadan kənar bütün vasitələrə qarşıdır- ÖZƏL

"Siyasətdə söyüşlə, təhqirlə, şər-böhtanla mübarizə istər hüquqi, istər dini, istər də mental baxımdan qəbuledilməzdir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Milli Cəbhə Partiyası (MCP)  birmənalı şəkildə siyasi mübarizədə etikadan kənar bütün yollara, vasitələrə qarşıdır. Milli Cəbhə Partiyası hər kəsin şərəf və ləyaqətini toxunulmaz qəbul edir, söyüşə, təhqirə, şər-böhtana, şəxsiyyətin alçaldılmasına qarşı mübarizə aparıb, bundan sonra da aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31