Azərbaycan və Çin yaşıl və aşağı karbonlu inkişaf sahəsində əməkdaşlıq edəcəklər
23 Aprel 2025 11:20 SiyasətAzərbaycan və Çin yaşıl və aşağı karbonlu inkişaf sahəsində əməkdaşlıq edəcəklər.
Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu" imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31