Azərbaycan Gürcüstanın ən çətin anlarında yanında olub- ÖZƏL
21 Aprel 2025 11:58 Siyasət"Azərbaycan və Gürcüstan beynəlxalq strukturlarda həmişə bir-birini dəstəkləyiblər. Onların nəinki ümumi maraqları var, hətta uzun illərdir oxşar problemləri də var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Ərazi bütövlüyü mövzusu ölkələrimizi daha da möhkəm birləşdirmişdir. Azərbaycan Gürcüstanın ən çətin anlarında yanında olub, geosiyasi risklərə baxmayaraq, dəfələrlə çətin vəziyyətlərdə yardım etmişdir. Bu gün Aİ Gürcüstanı regional layihələrdən sıxışdırıb Ermənistanla əvəzləməklə itaətsizliyinə görə cəzalandırmaq istəyir. Amma onlar Azərbaycan amilini yaddan çıxarırlar. Unudurlar ki, Azərbaycan dost və müttəfiqinə bu cür münasibət göstərilməsinə imkan verməyəcək. Və Aİ rəsmiləri bununla barışmalı olacaqlar. Prezident İlham Əliyev bu yaxınlarda ADA Universitetində keçirilən forumda çıxışı ilə bunu açıq şəkildə ifadə etdi".