Azərbaycan heç vaxt enerji amilindən siyasi maraqları üçün istifadə etmir- ÖZƏL
15 Aprel 2025 12:23 Siyasət"Azərbaycan heç vaxt enerji amilindən siyasi maraqları üçün istifadə etmir, əksinə, tərəfdaşlıq etdiyi ölkələrə güzəştlər edir, qazın fantastik qiymətlərinin qeydə alındığı vaxtlarda orta və sabit qiymət siyasətinə əsaslanmaqla, Avropa və digər region dövlətlərinə nə qədər səmimi olduğunu isbatlayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Eyni zamanda Avropa İttifaqını gələcəkdə enerji sıxıntılarından xilas etmək üçün liderlik edərək bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanı da Cənub Qaz Dəhlizinə qoşmağa çalışır. Xəzər mənbəyindən Avropaya daha böyük həcmlərdə qaz nəql etməyə, Mərkəzi Asiya-Xəzər regionunda çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmağa çalışır.
Azərbaycan Prezidenti ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumdakı çıxışında Avropa İttifaqının uzunmüddətli müqavilələrin icrası fonunda şərtlərə əməletmə məsuliyyətini dərk etməyə çağırdı, yeni investisiyaları Avropa banklarının təmin etməli olduğunu anlatdı. Eyni zamanda, iqtisadi-siyasi manipulyasiyaların yolverilməzliyinə diqqət çəkərək vacib mesajlar verdi. Bu fikirlər həm də ona dəlalət edir ki, Azərbaycan məsuliyyətli və öhdəliklərinə sadiq və sabit ölkədir, qarşı tərəf də eyni davranış və məsuliyyətlə addımlar atmalıdır. Necə ki, Azərbaycan enerjinin şaxələnməsində iradə və qətiyyət nümayiş etdirərək Avropanın enerji təhlükəsizliyi problemini həll edir, Aİ də mövcud situasiyalara uyğun olaraq, qəti addılmlar atmalıdır. Eləcə də, "yaşıl enerji"yə böyük sərmayələrin yatırılmasına baxmayaraq, elektrik enerjisi çatışmazlığından əziyyət çəkən Avropa İttifaqı və Avropa Komissiyası iqtisadi mənfəətləri üçün canfəşanlıq etdikləri kimi, digər məsələlərdə də realist olmalıdır. Azərbaycan kimi dayanıqlı və etibarlı təchizatçını, tərəfdaşı layiqli dəyərləndirməlidir, Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməməlidir. Beləliklə, Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq bütün razılaşmalara əməl edir. Bütün tərəflər də eyni mövqe nümayiş etdirməlidir".