Minsk qrupunun hüquqi olaraq saxlanması üçün heç bir səbəb yoxdur- ÖZƏL
15 Aprel 11:02 Siyasət"ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bildirən Prezident İlham Əliyev bu ölkənin ölümcül silahlar almasının səbəbinin də məhz revanş və intiqam hissindən irəli gəldiyini diqqətə çatdırdı". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Məhz bu səbəbdən Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etmək istəmir. Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. Ölkə başçısı qeyd etdi ki, de-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək Ermənistanın vaxt gözləməsinə işarə edir.
"Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev bəyan etdi ki, postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Azərbaycan tamamilə legitim olanları edib, öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib, separatizmə son qoyub və sərhədlərini nəzarətə alıb. Lakin bu, Azərbaycanın potensial təhdidləri və potensial təhlükəni nəzərə almayacağı demək deyil. Azərbaycan həmişə onları yerinə otuzdurmağa hazır olmalıdır. Dövlət başçısı vurğulayıb ki, bu səbəbdən ölkəmiz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edir. Bu özünümüdafiə və bir də Azərbaycana ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq üçündür".