Zəngəzurun qərbinin Ermənistana verilməsi nəticəsində Azərbaycan nə qədər ərazi itirib?- ÖZƏL
15 Aprel 2025 10:30 Siyasət"Azərbaycan SSR xalq torpaq komissarı Dadaş Bünyadzadənin 1922-ci il 8 noyabr tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Zaqafqaziya Diyar Komitəsinə yazdığı məruzədə buna cavab verilir. Məruzəni Zaqafqaziya Diyar Komitəsinin Dəftərxana müdiri (sənəddə yalnız imza qoyulub, soyad yazılmayıb ) təsdiq edib". "Olaylar" xəbər verir ki, bun Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Gürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivinin fondlarında saxlanılan sənəddə yazılır ki, Azərbaycan və Ermənistan arasında keçmiş Zəngəzur qəzasında sərhədlər müəyyənləşdirilərkən yaşayış evlərindən və meşə sahələrindən əlavə 405 min desyatin ərazi, bundan başqa Qarabağ yaylasında və Dərələyəz dağlarında yerləşən və müsəlmanların (azərbaycanlıların) istifadə etdiyi 150 min desyatin yaylaq Ermənistana verilib. Onun yalnız 10 min desyatinindən ermənilər istifadə edib. 140 min desyatini əsrlər boyu yalnız Azərbaycanın müsəlman əhalisi tərəfindən istifadə olunub".
