Aİ Ermənistan və Azərbaycanla bağlı vəziyyəti müzakirə edəcək – ÖZƏL
14 Aprel 2025 16:09 SiyasətAvropa İttifaqının Xarici İşlər Şurası cari hadisələri müzakirə edəcək, xüsusilə Ermənistan və Azərbaycana xüsusi diqqət yetiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb.
Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ukraynadakı vəziyyəti, Yaxın Şərqdə və ümumilikdə regionda - o cümlədən Suriyadakı son hadisələri müzakirə edəcəklər.
Şura, həmçinin Aİ və Afrika arasında münasibətlər məsələsində fikir mübadiləsi aparacaq.
İşgüzar nahar zamanı nazirlər Avropa İttifaqının Qərbi Balkanlar üzrə tərəfdaşlarla gələcək əməkdaşlıq yollarını da müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31