Rumıniya Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən MirçaAbrudeanınbaşçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. "Olaylar" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünəəkilil qoyub.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı,Azerbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriAzay Quliyev,Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri VasileSoare və digər rəsmi şəxslər müşayiət ediblər.
Türkiyəli qonaqlar Qarabağ unversitetində və Xocalıda olublar
Türkiyə Respublikasının Kayseri şəhər rəhbərliyi, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin rektorları, siyasi partiyaların Kayseri şəhər təşkilatlarının rəhbərləri və Kayseridən seçilmiş millət vəkillərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. 
Səfər çərçivəsində qonaqlar Xankəndində, Qarabağ unversitetində və Xocalıda olublar. Qonaqları Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.  Onlar Xankəndində gedən yenidənqurma işlərini Zəfər  meydanından izlədikdən sonra Qarabağ Universitetində tələbə heyəti ilə görüş keçiriblər. Qonaqlar daha sonra Xocalı rayonuna səfər edib, orda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31