Azərbaycan türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsinə töhfə verir- ÖZƏL

"Türk dövlətləri arasında qarşılıqlı maraqların təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi prioritetlərdən biridir. Bu istiqamətdə Azərbaycan daim təşəbbüslər irəli sürərək əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Prezident İlham Əliyevin liderliyi, diplomatik bacarığı bu prosesin hər zaman önündədir, dövlətimizin başçısının təşəbbüsü ilə görülən işlər Türk dünyasında həm regional, həm də beynəlxalq müstəvidə böyük nailiyyətlərə yol açır. Türk dünyasında ölkələr arasında münasibətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir: "Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31