İran-Ermənistan hərbi təlimləri doğrudanmı terrorçuluğa qarşı mübarizədən qaynaqlanır?- ÖZƏL
14 Aprel 2025 12:42 SiyasətAprelin 9-10-da İran-Ermənistan sərhədində iki ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimləri keçirildi. Yayılan xəbərlərə görə, bu təlimlərin əsas hədəfi terrorçuluğa qarşı mübarizədir. İran-Ermənistan hərbi təlimləri doğrudanmı terrorçuluğa qarşı mübarizədən qaynaqlanır? Siyasi ekspert Əkrəm Bəydəmirli "Olaylar"a bildirib ki, əslində hər bir dövlətin digər ölkələrlə birgə hərbi təlimlər keçməsi anlaşılandır. Amma, lakin o anlaşılan deyil ki, Ermənistan illər boyu terrorçu qruplar yetişdirib, regionda sabitliyi təhdid edib, işğalçılıq siyasəti həyata keçirib: "Yetərincə faktlar var ki, hay məmləkəti birmənalı şəkildə terrorizmə dəstək verib. Belə olduğu halda terroru özünə peşə seçən zavallı erməni hansı terrorizmə qarşı mübarizədən danışa bilər? Qaldıkı İran yaratdığı proksi qüvvələr vasitəsilə Orta Şərqdə hansı işlər gördüyü geniş ictimaiyyətə bəllidir. Həmin hərbi birləşmələr tədricən sıradan çıxarılıb. Həmin proksi qüvvələrin də xoş mərama xidmət etmədiyi ortadadır. Terrorçu bir dövlət olan Ermənistana qucaq açan İranın islami dəyərlərə zidd siyasəti ortadadır. İran-Ermənistan hərbi təlimlərinin niyyətləri, mesajları bəllidir.
Təəssüf ki, hər iki ölkənin siyasəti regionda sabitliyə, konstruktiv əməkdaşlığa xidmət etmir. Hiylə, məkr, təhdid normal qonşuluq prinsiplərindən, sülhdən çox uzaqdır. Həm xarici, həm də daxili siyasətdə münasibətlər sistemi milli maraqlarla, beynəlxalq hüquqla bərabər ədalətə söykənməlidir. Bu islamın vacib prinsiplərindən biridir".