Ölkəmizdə ailə modeli dəyişdirilməlidir- ÖZƏL

"Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: "Ailələrin əksəriyyəti 2 və 1 uşaqlı ailələrdən ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və üçuşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu  3 və dana çox uşağı olan ailələrə şamil edilməli və pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31