Deputat: Azərbaycan Ermənistanı əvvəlcədən şərtlərlə sıxışdırıb – ÖZƏL

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib ki, Ermənistanla Azərbaycan arasında "sülh sazişi" üzrə danışıqlardan sonra ilk konkret müzakirə imkanı aprelin 12-də iki ölkənin xarici işlər nazirlərinin görüşündə yaranıb.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, görüşdən sonra yayılan rəsmi açıqlama göstərib ki, Azərbaycan Ermənistan hakimiyyətini əvvəlcədən irəli sürdüyü şərtlərlə sıxışdırır.(?)Əsas şərt Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlıdır ki, bu da texniki və prosedur baxımından qısa müddətdə mümkün deyil.

Abramyan qeyd edib ki, Azərbaycan bu məqamların fərqindədir və prosesi uzadaraq əlavə güzəştlər əldə etməyə çalışır, Ermənistan rəhbərliyi isə ölkəni yeni risklərə məruz qoyur.(?)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31