Azərbaycan regionda davamlı sülhə və inkişafa nail olmaq üçün çalışır- ÖZƏL

"Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu, Mərkəzi Asiya regionu ilə  Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb". "Olaylar" xəbər verir i, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Çox təəssüf doğuracaq haldır ki, bəzi Qərb dövlətləri gedən proseslərdə ölkəmizin rolunu kiçiltməyə, Cənubi Qafqazda ayırıcı xətləri çəkməyə hələ də cəhd göstərirlər. Lakin bütün bu səylər aydındır ki, heç bir nəticə verə bilməz. Azərbaycan bilavasitə öz regionumuzda davamlı sülhə və inkişafa nail olmaq üçün çalışır. Bu baxımdan ölkəmizin Ermənistandan onların Konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Ermənistanın özü də sabitlik və inkişafda maraqlıdırsa və bunu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edərək sülh sazişini imzalamaqla nümayiş etdirərsə, onda Cənubi Qafqazın inteqrasiya edilmiş bölgəyə çevrilməsi üçün heç bir maneə qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31