Azərbaycan diplomatiyası yeni keyfiyyət mərhələsinə yüksəlib

Azərbayacan işğal altında olan ərazilrini azad edərək ərazi bütövlüyü və suverenliyini təmin etməklə güclü və nüfuzlu dövlətlər sırasında olduğunu sübut etdi. Prezidet İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artıb. Ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlərlə  ikitərəli, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Hazırda dünyanın super güc mərkəzləri ölkəmizlə əməkdaşlığa maraq göstərirlər. Azərbaycanın siyasi xətti, itisadi potensialı ikitərfli əməkdaşlığı zəruri edir. Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün vasitəçiyə ehtiyacı olan ölkəmiz hazırda qlobal beynəlxlq problemlərin həlli ilə bağlı vasitəçi rolunda çıxış edir. Yenicə müstəqillik əldə etdiyi zaman iqtisadiyyatı dirçəltmək üçün borc alan Azərbaycan indi borcverən ölkəyə çevrilib. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz güc mərkəzinə çevrilərək yeni-yeni təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.
Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət, iki dövlət" prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir.
Antalyada keçirilən görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım olacaq. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Onların regiondakı fəallığı, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına   
verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
 
Türkiyə-Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi çıxış edir. Heç şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq.
 
Azərbaycanın artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə də sıx bağlıdır. Ölkəmiz bu gün regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və dünya enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Üç min beş yüz kilometrdən çox uzunluğu olan bu layihə Azərbaycanın zəngin enerji resurslarını Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara çatdırmaqla qlobal enerji əməkdaşlığının mühüm komponentinə çevrilib.
 
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31