Prezident İlham Əliyev: Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır

Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır.

Olaylar xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31