ADA-da keçirilən tədbir çərçivəsində əldə olunan uğurlar unikaldır- ÖZƏL

"Azərbaycanın mühüm qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrdən biri də ötən ilin noyabr ayında BMT-nin əsas iqlim konfransına - COP29-a uğurla ev sahibliyi etməsi oldu. Ölkəmizin tədbirə hazırlaşması üçün bir ildən də az vaxtı var idi.  Ancaq məsuliyyətli və güclü dövlət olan Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görərək nümunəvi bir iqlim konfransı keçirməyə nail oldu. Burada da ölkəmizin bədxahları pozuculuq əməllərinə əl atdılar. Məsələn, Fransa kimi ölkələr tədbiri boykot etməyə çalışsalar da, bu alınmadı". "Olaylar" xəbər verir ki, bunu Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib:

"COP29 yüksək səviyyədə təşkil olundu, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Bu özlüyündə Azərbaycanın gücünü və ölkəmizə olan beynəlxalq inamı əks etdirir. ADA-da keçirilən tədbir çərçivəsində əldə olunan uğurlar unikaldır. Uğurlu nəticələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: "COP-un nəticələrinə gəldikdə, - baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, - biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31