Ölkəmiz türk və islam dövlətlərinə dəstəyini əsirgəmir- ÖZƏL
11 Aprel 2025 11:49 Siyasət"Dünyanın nəbzi Azərbaycanla döyünür. Prezident İlham Əliyev ADA-da keçirilən tədbirdə dünyada baş verən siyasi proseslərlə bağlı dəqiq, açıq şəkildə tezisi ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Hazırda Şimali Kipr Respublikası ilə müəyyən proseslər gedir. Azərbaycan bu məsələdə qardaş münasibətini ortaya qoydu, türk mövqeyindən çıxış etdi. Məlumdur ki, Azərbaycanın bu prosesdə rolu böyükdür. Ölkəmiz türk və islam dövlətlərinə dəstəyini əsirgəmir. Hazırda da Azərbaycan türk dövlətləri və islam dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31