Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi
10 Aprel 16:04 Siyasətİsrail Azərbaycanda Türkiyə ilə aparılan danışıqların detallarını açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Channel 12 News" yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
"İsrail və Türkiyə rəsmiləri bu həftə Azərbaycanda bir araya gələrək Suriyada hərbi çəkişmələrin qarşısını almaq üçün səyləri müzakirə ediblər. Qüds Türkiyə ordusunun Palmira (Tadmor) bölgəsində yerləşdirilməsinin "qırmızı xətti" keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Xarici qüvvələrin yerləşdirilməsi istiqamətində hər hansı dəyişiklik, xüsusən də Türkiyə tərəfindən, pozuntu kimi qiymətləndiriləcək və bu, prezident Əhməd əl-Şaraa dövründə Suriyada sabitliyi poza bilər", - deyə bildirilib.
Qeyd olunub ki, hazırda Türkiyə qüvvələri bölgəyə yerləşdirilməsə də, İsrail belə bir hərəkətin qarşısını almaq üçün addımlar atır:
"Türkiyə mənbələri görüşü təsdiqləyib və anlaşılmazlıqların qarşısını almaq üçün kommunikasiya kanallarının qurulması barədə səylərin davam etdirildiyini bildirib. Danışıqlara Azərbaycan Prezident İlham Əliyev kömək edib".