İran - Ermənistan hərbi təlimləri Azərbaycana qarşıdır- ÖZƏL

"İran Ermənistanla Zəngəzurda hərbi təlimlər keçirir. Zəngəzura hücum edən  "terrorçulara" qarşı şərti adla keçirilən təlimlər məhz Azərbaycana qarşı yönəlmiş addımdır. Tehran rejimi beş ildir ki,  Zəngəzur dəhlizinin reallaşmasına qarşıdır və bu istiqamətdə addımlar atır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert  Məhəmməd Əsədullazadə deyib: "İran rəsmilərinin Azərbaycana mütəmadi səfərləri  və bu ölkənin prezidentinin gözlənilən səfəri fonunda Ermənistanla hərbi təlimlərin keçirilməsi indidən səfərin Tehranda mühafizəkarlar tərəfindən sabotaj edilməsidir. İranın mühafizəkar dairəsi prezident M. Pezeşkianın Azərbaycanla normal siyasət qurulmasına qarşıdır. 
Bir tərəfdən İranın mötədil prezidentin administrasiyasının rəsmiləri İran ərazisindən keçəcək yolun inşası ilə bağlı  Azərbaycan rəsmiləri ilə Zəngəzurun cənub hissəsində birgə baxış keçirir. Bir tərəfdən də mühafizəkar kəsimə tabe SEPAH Ermənistanla təlim keçirir. Bu, onu göstərir ki, İranda  Azərbaycana qarşı ikitirəlik siyasət var. Belə olan təqdirdə prezident M. Pezeşkianın Azərbaycan səfəri ikitərəfli münasibətlərin inkişafına gətirib çıxarmayacaq. Buna baxmayaraq iki ölkə arasında ortaq layihələrin həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlər əldə ediləcək. Çünki, İrana qarşı artan sanksiyalar fonunda Azərbaycanla ortaq layihələrin inkişafına ehtiyac duyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31