Azərbaycanla müzakirə bərabər səviyyəli olmalıdır– ÖZƏL

"Avropa Şurasının rəsmiləri, əgər Azərbaycanla hansısa müzakirə aparmaq istəyirlərsə, bunun əsas şərti Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qaytarılmasıdır. Yəni, o tribunanı əlimizdən alıb tək tərəfli bizim üzərimizə gəlməməlidirlər. Bizimlə müzakirə etmək istəyirlərsə, buyursunlar, amma müzakirə bərabər səviyyəli olmalıdır".

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Yəni, Azərbaycan AŞPA-da öz yerini tutmalıdır, müzakirələrdə iştirak etməlidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana hücumlar edilir və orada bizim cavab vermə haqqımız tanınmır. Belə bir şəraitdə hansısa hüquqdan, hansısa qanundan, ədalətdən danışırlar? Üstəlik, ermənilərlə bağlı prosesi yaxından öyrənmədən, bilmədən Azərbaycanın üstünə nə haqla gəlirlər? Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın yerini bərpa etsinlər, ondan sonra bəli, bu müzakirələr aparıla bilər.
Əks təqdirdə, Azərbaycanın onlarla danışacaq sözü yoxdur və hətta bu proses ona aparıb çıxara bilər ki, Azərbaycan Avropa Şurasından ümumiyyətlə çıxsın. Çünki bir qurum üzvü olduğumuz təqdirdə qərəzli şəkildə bizim əleyhimizə fəaliyyətə davam edirsə, orada qalmağımızın da bir mənası yoxdur. Buna da bizi kim məcbur edir? Avropa Şurasının özü məcbur edir.
Ona görə əvvəlcə bu məsələləri həll edib, sonra Azərbaycanla hansısa danışıqlardan, müzakirələrdən danışsalar yerinə düşər."

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31