Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran “Olaylar”
11 Aprel 14:50 Siyasət"Azərbaycanda çap mediasının əsas simalarından biri, özünəməxsus mövqeyi və yeri ilə seçilən "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinihn 30 yaşı tamam olur. Peşəkar kollektivə malik olan media qrupunun əsas ideologiyası hər zaman dövlət və dövlətçiliyimizə xidmət olub, bu yolda mətin addımlarla daim irəliləyib". Bunu "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, "Yeniavropa.az" portalının baş redaktoru Səlim Balayev deyib: "Olaylar" fəaliyyəti dövründə öz obyektivliyi, ictimai-siyasi hadisələri düzgün təhlili, operativliyi ilə böyük oxucu auditoriyasının hörmət və ehtiramını qazanıb.
Bir çox jurnalistlər kimi, bir zamanlar mənin də yolum bu qəzetin redaksiyasından keçib. Qısa müddətli də olsa, burada çalışdığım zaman kollektivdəki səmimilik, mehribançılıq hər zaman xatirimdədir.
Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin cəmiyyətə çatdırılması, ictimai fikrin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda "Olaylar"a uğurlar , bütün yaradıcı heyətə isə cansağlığı, obyektiv və səmərəli jurnalist fəaliyyəti arzulayıram!"