BTQ-nin İcraçı direktoru BMT-də müstəmləkə ərazilərdə yaşayan uşaqlara qarşı hüquq pozuntularını dilə gətirib (VİDEO)
10:47 Siyasət13 mart 2025-ci ildə BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçilik altındakı ərazilərdə yaşayan uşaqlara qarşı zorakılıq və hüquq pozuntularını dilə gətirib və bu halları kəskin qınayıb.
Olaylar.az xəbər verir ki, A.Abbasov Fransanın müstəmləkəçiliyi altındakı ərazilərdə - Mayot, Reyunyon, Kanaki, Qvadelupa və Fransız Qvianasında yaşayan uşaqların firavan gələcəyə ümidinin və məktəb təhsilinin olmaması, habelə aşırı yoxsulluq nəticəsində üzləşdiyi problemlərə diqqəti çəkib.
Bu xüsusda, A.Abbasov Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci ilin mart ayında qəbul etdiyi qərarla Fransa hökumətini qınadığını xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31