Qlobal Bakı Forumu çərçivəsində "Sülhə aparan yol" mövzusunda panel müzakirələri keçirilir

12-ci Qlobal Bakı Forumu çərçivəsində "Sülhə aparan yol" mövzusunda panel müzakirələri keçirilir.

Olaylar.az xəbər verir ki, müzakirələrdə 2015-2020-ci illərdə Xorvatiyanın prezidenti olmuş Kolinda Qrabar-Kitaroviç, 2006-2009-cu illərdə İsrailin baş naziri vəzifəsində çalışmış Ehud Olmert, NGIC-in həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti olmuş İsmayıl Seragəldin, 2006-2009-cu illərdə İsrailin baş nazir müavini və xarici işlər naziri, 2013-2014-cü illərdə ədliyyə naziri vəzifələrini tutmuş Tsipi Livni, 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olmuş Katerina Yuşenko, 1998-2002 və 2018-2023-cü illərdə Monteneqronun prezidenti olmuş Milo Cukanoviç, 2002-2007-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri, 2009-2015-ci illərdə Türkiyənin baş nazir müavini və hökumət sözçüsü olmuş Bülənt Arınç, BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti olmuş Miroslav Layçak, ABŞ-ın Böyük Britaniyadakı keçmiş səfiri və WPP-nin keçmiş sədri Filip Leyde iştirak edirlər.

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Qlobal Bakı Forumu çərçivəsində "Sülhə aparan yol" mövzusunda panel müzakirələri keçirilir (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31