Zakir Həsənov Bayraqdarı təltif etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraqdarı qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri H.Bayraqdarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31