Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" platformasında məlumat verilib.

Qeyd edilir ki, komandir-leytenant Gevin Tarbard Böyük Britaniyanın Azərbaycanda ilk rezident müdafiə attaşesi təyin edilib.

"Biz komandir-leytenant Gevin Tarbardın Azərbaycana ilk Böyük Britaniya Rezident Müdafiə Attaşesi kimi gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi addım, Britaniya-Azərbaycan möhkəmlənən tərəfdaşlığı əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək", - səfirliyin bəyanatında yazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31