Milli Məclisdə görüş keçirilib

Martın 13-də Milli Məclisin sədr müavini Rafael HüseynovEstoniya Respublikası parlamentinin (Riiqikoqun) Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Riina Solman ilə görüşüb."Olaylar" xəbər verir ki, qonağı salamlayan Rafael HüseynovAzərbaycanın Estoniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Ölkələrimizin müstəqillik tarixlərini müqayisə edənvitse-spiker 30 ildən artıq davam edən diplomatik münasibətlərimizdən söz açıb, müstəqillik illərində əlaqələrimizin yüksələn xətt üzrə inkişafetdiyinideyib. Rafael Hüseynov ikitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin xüsusi önəm daşıdığını söyləyib, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyətindən danışıb, parlamentlər arasında təmaslarının intensivliyinin vacibliyini, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Vitse-spikerqonaqlara bölgədəki vəziyyət,Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar barədə məlumat verib, ölkəmizin regionda və ümumən dünyada davamlı sülhün və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Riina Solman göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Qonaq Estoniya parlamentinin də Azərbaycan parlamenti ilə münasibətlərin dərinləşməsində və əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, parlamentlərarası əlaqələrin inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib.
Söhbət zamanıtərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətləri,regional təhlükəsizlik və onları maraqlandıran digər məsələlər ətrafında fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri AnatoliyRafailov, Azər Kərimli,Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü MariaJufereva-Skuratovski, dostluq qrupunun katibi SusannaVeevovə digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31